Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO-nun İcraçı İdarəetmə üzrə Baş Katibinin köməkçisi Karlo Borgini ilə görüşüb.
Redaktor.az-ın məlumatına görə, bu barədə diplomat “X” hesabında yazıb.
"Sülh Naminə Tərəfdaşlıq çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, eləcə də cari inzibati məsələlər ətrafında səmərəli müzakirələr apardıq", – deyə Cəfər Hüseynzadə bildirib.