“Barselona”nın sabiq müdafiəçisi Dani Alves Rusiyaya köçə bilər.
Msport.az xəbər verir ki, Braziliya millisinin keçmiş müdafiəçisi medialiqa klublarından biri ilə danışıqlar aparır. Potensial müqavilənin razılaşdırılmasının ilk mərhələsi artıq uğurla başa çatıb. İkinci raund isə mayın 9-dan sonraya planlaşdırılır.
Qeyd edək ki, Barselona məhkəməsi 2022-ci ildə Kataloniyanın paytaxtında gecə klubunda qıza təcavüz etməkdə təqsirli bilinən Alveşi 4,5 il müddətinə azadlıqdan məhrum edib. Mart ayında veteran futbolçu hökmün apellyasiya şikayətinə baxılana kimi həbsdən 1 milyon avro girov müqabilində azad edilib. Martın 28-də Alveşə bəraət verilib.
41 yaşlı braziliyalı peşəkar karyerasını 2023-cü ildə başa vurub.