AZ

Uşaqlara verilməsi qadağan olunan tərəvəzlər - XƏBƏRDARLIQ

Əksər tərəvəzlər böyüyən uşaq orqanizmi üçün son dərəcə faydalı olsa da, bəzi istisnalar da var. Pediatrlar və diyetoloqlar böyüklər üçün çox faydalı və məşhur olan, lakin körpələr və erkən yaşda olan uşaqlar üçün gizli təhlükə daşıyan bir tərəvəzə diqqət çəkiblər.

 

Sfera.az bu tərəvəzləri təqdim edir:

 

Uşaqlara hansı tərəvəzləri vermək olmaz?


Söhbət ispanaqdan gedir
 

Bu yarpaqlı yaşıl tərəvəz K, A, C vitaminləri, fol turşusu, həmçinin dəmir, kalsium, maqnezium kimi minerallarla zəngindir. Lakin ispanaqla yanaşı, yüksək miqdarda nitrat da ehtiva edir. Böyüklər və böyük yaşlı uşaqlar üçün ispanağın məqbul miqdarda qəbulu təhlükəsiz sayılır, çünki onların orqanizmi nitratları effektiv şəkildə parçalaya bilir. Lakin körpələr üçün bu belə deyil.

Körpələr üçün niyə təhlükəlidir?
 

Körpələrin həzm sistemi hələ tam formalaşmayıb və onların bağırsaqlarında müəyyən bakteriyalar mövcuddur ki, bunlar nitratları nitritlərə çevirə bilir. Nitritlər qana keçdikdə, oksigen daşıyan hemoqlobin ilə birləşərək methemoqlobin adlı maddəyə çevrilirlər.
 

Methemoqlobin oksigen daşıma qabiliyyətinə malik deyil. Bu vəziyyət "Methemoqlobinemiya" və ya "mavi körpə sindromu" adlanır. Bu sindrom toxumaların oksigensiz qalması, dəridə mavilik (xüsusilə ağız ətrafında, əllərdə və ayaqlarda), nəfəs almaqda çətinlik, yorğunluq və ağır hallarda həyati təhlükə yarada bilər.


Xüsusilə riskli dövr: 6 ayadək olan körpələr


Bu yaşda körpələrin həzm sistemi ən zəifdir və onların hemoqlobini böyüklərdən fərqlənir. Yaş artdıqca risk azalır, amma bir çox mütəxəssis 1 yaşa qədər ispanaq (eləcə də çuğundur və yerkökü) kimi nitratla zəngin tərəvəzlərin qidalanmadan çıxarılmasını və ya məhdudlaşdırılmasını tövsiyə edir – xüsusilə ev şəraitində hazırlanmış püre formasında veriləcəksə.

 

Niyə evdə hazırlanan pürə daha risklidir?


İspanaq, çuğundur və yerkökündən evdə hazırlanan pürələrdə nitrat səviyyəsi çox yüksək ola bilər. Sertifikatlaşdırılmış uşaq qidalarının istehsalçıları isə nitrat səviyyəsini ciddi şəkildə nəzarətdə saxlayır və aşağı nitratlı xammaldan istifadə edirlər. Ona görə də, əgər bu tərəvəzləri 1 yaşa qədər körpəyə vermək istəyirsinizsə, ən yaxşı seçim – xüsusi uşaq qidalarıdır.

Valideynlər üçün faydalı tövsiyələr
 

6 ayına qədər olan körpələrə ispanaq verməyin, 1 yaşına qədər isə ehtiyatlı olun. Evdə ispanaq, çuğundur və yerkökündən püre hazırlayarkən nitrat risqini unutmayın. Əgər əmin deyilsinizsə və ya körpənin sağlamlığı ilə bağlı problem varsa, pediatrla məsləhətləşin.


Uşaq qidalarının etiketini oxuyun və məhsulun hansı yaşdan etibarən istifadəyə uyğun olduğunu diqqətlə izləyin. (Lent.az)

Seçilən
0
2
sfera.az

3Mənbələr