ABŞ-nin Hyuston şəhərində atışma nəticəsində 16 nəfər yaralanıb, azı bir nəfər ölüb. Bütün bunlar bazar günü, mayın 3-də böyük bir şənlik zamanı, çağırılmamış qonağın ayrılması tələb edildiyi zaman baş verib.
Ajans.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Polis rəisinin köməkçisi Patricia Cantu bildirib ki, polislər gecə saatlarında silah səsləri ilə bağlı xəbərlər almağa başlayıblar. Hadisə yerinə gələn polis əməkdaşları da silah səslərini eşidib. Evin yaxınlığındakı küçədə bir neçə yaralı da görüblər.
Cantu evdə ailə ziyafətinin keçirildiyinə aydınlıq gətirib. Hazırda heç bir şübhəli şəxs tutulmayıb, lakin bir neçə nəfər dindirilib.