AZ

“Ermənistan silahlana bilməz: Bu, Azərbaycanın qırmızı xəttidir!”

Ermənistanın müdafiə naziri Yunanıstana səfər edib.

Səfərlə bağlı Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov bunu Ermənistanın silahlanma siyasəti ilə əlaqələndirib:

“Ermənistanın silahlanma istiqamətində apardığı siyasət onun gələcəyini təhlükə altına alır.

Ermənistanın işğalçı tarixini nəzərə alsaq, bu, region üçün yeni gərginlik vəd edir. Ermənistan-Yunanıstan cütlüyünün Azərbaycanın etirazlarına və xəbərdarlıqlara baxmayaraq, özlərini eşitməməzliyə vurması Ermənistanın başında çatlayacaq.

Ermənistan müəyyən ölkələrdən silah almaqla hesab edir ki, bu, kimsəyə yönəlməyib və bununla öz təhlükəsizliyini təmin edəcək. Amma Azərbaycan hesab edir ki, Ermənistanın silahlanması gec-tez Azərbaycana qarşı yönələcək. Ona görə də Ermənistan silahlana bilməz. Bu məsələ Azərbaycanın qırmızı xəttidir. Yunanıstan isə məqsədli şəkildə Ermənistanı istifadə edir. Yunanıstan da yaxşı bilir ki, Azərbaycan imkan verməyəcək ki, Ermənistan ciddi şəkildə silahlansın. Bu da Azərbaycanın Ermənistana müdaxiləsi ilə nəticələnəcək. Bu zaman regionda gərginlik artacaq və Türkiyə də problemə cəlb olunacaq. Yunanıstan Türkiyəyə problem yaradacaq bütün yolları yoxlayır. Ermənistan da bunun üçün ən zəif bənddir.

Ümid edirik ki, Ermənistan onun üzərində oynanılan oyunlara alət olmaqdan əl çəkəcək. Öz gələcəyinə biganə olmayacaq. Əks halda, Azərbaycanın öz sözünə həmişə əməl etdiyini görüb”.

Seymur ƏLİYEV

 

Seçilən
0
moderator.az

1Mənbələr