
“Bu həftə Ermənistanda parlament seçkiləri keçirilsə, hakim “Vətəndaş Müqaviləsi” partiyası 50%-dən çox səs qazanacaq”.
Yeniavaz.com xəbər verir ki, bu fikirləri Ermənistan Parlamentinin sədri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib.
Simonyan bildirib ki, 2021-ci ildə seçkilərdə hakim partiya qalib gəlib və səsvermənin nəticələrinə heç kim şübhə etməyib.
“Bugünkü sorğular da onu göstərir ki, hakim partiya birinci yerdədir və əhalinin ən çox dəstəyinə malikdir. Əminəm ki, seçkilər bu cümə günü keçirilsə, “Mülki Müqavilə” 50%-dən çox səs toplayaraq qalib gələcək”, - Ermənistan parlamentinin spikeri deyib.