Qrupda sonuncu yeri tutan komandanın baş məşqçisi Vitali Borisovun taleyinin sual altına düşməsi təbiidi. Onun müqavilə müddəti iyunun sonunda bitəcək. Bəs 42 yaşlı mütəxəssis yığma perspektivi ilə bağlı nə düşünür? Onun “Football-plus.az”a cavabı:
“Hələ ki heç nə məlum deyil, görüş olmayıb. Görüş baş tutandan sonra əlaqə saxlayarıq”.
Qeyd edək ki, Borisov 2023-cü ilin iyununda yığmanın baş məşqçi postuna təyin olunub.
MÜZƏFFƏR QULUZADƏ