AZ

“Sumqayıt” Vaqif Cavadovla vidalaşacaq?

“Sumqayıt” növbəti mövsümə yeni baş məşqçi ilə başlayacaq.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, bu addım əksər futbolçuların Vaqif Cavadovun iş metodundan kəskin narazı olması səbəbindən atılacaq.

Onlar klub rəhbərliyinə müraciət edərək, gənc mütəxəssislə daha çalışmaq istəmədiklərini bildiriblər. Oyunçular Cavadovun kollektiv üzvləri ilə düzgün münasibət qurmadığını, özünü yuxarıdan apardığını, çox vaxt yersiz gərginlik yaratdığını vurğulayıblar.

Şikayətlərin çoxluğunu nəzərə alan rəsmilər Cavadovu sükan arxasından uzaqlaşdırmaq qərarına gəlib. Amma bu qərarın açıqlanması mayın sonuna saxlanılıb, indiyə yox. Çünki Premyer Liqada mövsümün başa çatmasına hələ 3 tur qalıb.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr