AZ

Keçmiş sevgilini unutmaq üçün nə qədər vaxt lazımdır?

Əgər,10 nəfərdən keçmiş sevgilsini unutmaq üçün nə qədər vaxt lazım olduğunu soruşsanız, yəqin ki, 10 fərqli cavab alacaqsınız. Bəziləri bunun aylar, bəziləri illər, bəziləri hətta günlər çəkdiyini söyləyə bilər. Bir çox insanlar inanırlar ki, bu, yaşanan münasibətin uzunluğunun təxminən yarısını alır. 

News24.az xəbər verir ki, 2025-ci ilin mart ayında "Social Psychological and Personality Science" jurnalında dərc edilən araşdırmada bu sualın dəqiq cavab tapılıb.

300-dən çox iştirakçı ilə aparılan araşdırmada nəticələr olduqca təəccüblü olub.

Araşdırmanın nəticələrinə görə, iştirakçıların keçmiş sevgililərini tamamilə unutmaqları üçün onlara orta hesabla səkkiz il lazım olub. 

Müəlliflər qeyd edirlər ki, bu nəticələrə müxtəlif amillər təsir edib. Bununla belə, əksər hallarda, bu səkkiz illik qrafiki əsasən iki faktorla idarə olunub: bağlanma tərzi və keçmişlə davamlı ünsiyyət.

Günel Məlikzadə

Seçilən
0
news24.az

1Mənbələr