Kreml hesab edir ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş lazımdır. Bu barədə bazar ertəsi Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O qeyd edib ki, cənab Putinin cədvəlinə may ayında Səudiyyə Ərəbistanına səfəri daxil deyil.
May ayında Səudiyyə Ərəbistanına səfəri zamanı Donald Trampla mümkün təmaslar barədə sualı cavablandıran Dmitri Peskov, "Cədvəldə belə bir səfər yoxdur. Ancaq belə bir görüş açıq şəkildə hamının ağzındadır və biz bunu zəruri hesab edirik" dedi.