AZ

Laçın və Şuşada fərdi yaşayış evlərinin üstündə damüstü günəş panellərinin quraşdırılmasının iqtisadi səmərəliliyi hesablanacaq



“Bərəkət” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi elan edilmişdir.

Newscenter.az xəbər verir ki, İctimai Birlik “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ev təsərrüfatlarının alternativ enerjinin iqtisadi səmərəliliyinin hesablanması və istifadənin təbliği” adlı layihənin icrasına cari ilin may ayının 1-dən start vermişdir.

Layihənin məqsədi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları kontekstində Laçın və Şuşa rayonlarında yaşayış məntəqələrində fərdi yaşayış evlərinin üstündə damüstü günəş panellərinin quraşdırılmasının iqtisadi səmərəliliyinin hesablanması üzrə arayış hazırlamaq və maarifləndirmə tədbirlərini aparmaqdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təsdiq etdiyi icra qrafikinə uyğun olaraq 3 ay müddətinə işlər aparılacaqdır. Layihənin icrası müddətində İctimai Birlik tərəfindən maarifləndirici materiallar hazırlanacaq, Laçın rayonunda 2 habelə Şuşa şəhərində 1 olmaqla ümumilikdə 3 ədəd təlim təşkil olunacaq və günəş panellərinin quraşdırılmasının iqtisadi səmərəliliyini əks etdirən arayış hazırlanacaq.

İctimai Birliyin layihənin icrasında əsas hədəfi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin “İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış” prioritet istiqamətinə uyğunluq təmin etməklə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” na dəstək olmaqdır.

Süleyman
Seçilən
0
newscenter.az

1Mənbələr