AZ

Ukrayna Müdafiə Nazirliyi “Vislyuk” robotunun istismarına icazə verib

Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan “Vislyuk” yerüstü robotunu kodlaşdıraraq Silahlı Qüvvələrin bölmələri tərəfindən istismarına icazə verib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Vislyuk” robotu hərbçilərin sifarişi əsasında ukraynalı mühəndislər tərəfindən hazırlanıb.

Geniş spektrli hərbi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulan robot, kompakt ölçülərə malikdir və bu sayədə asanlıqla daşına bilir. O, iki səssiz elektrik mühərriki və çətin ərazilərdə yüksək keçid qabiliyyəti təmin edən metal tırtılla təchiz olunub.

200 kiloqrama qədər faydalı yük daşıya bilən yerüstü robot, elektrik mühərriklərinin dartma qüvvəsindən istifadə edərək evakuasiya funksiyalarını da yerinə yetirə bilər. Bu, bataqlıqda ilişib qalmış yolsuzluq avtomobilini çəkmək üçün kifayətdir.

“Vislyuk”, müxtəlif modifikasiyalarda istehsal olunur – logistika, evakuasiya, mühəndis maneələrinin quraşdırılması və s. Robot, həmçinin gecə-gündüz müşahidə sistemləri, döyüş modulları və radiorabitə təkrarlayıcı vasitələrlə də təchiz edilə bilər.

Seçilən
0
poliqon.az

1Mənbələr