AZ

ABŞ müharibəyə hazırlaşır: Tramp anons etdi

ABŞ Prezidenti Donald Tramp dəfələrlə işğal etmək niyyətini bəyan etdiyi Qrenlandiyaya qarşı “hərbi güc” tətbiqinin mümkünlüyünü istisna etməyib.

"Cebheinfo.az" xəbər verir ki, “NBC News”-un "Meet the Press" proqramında qonaq qismində iştirak edən Tramp Qrenlandiya ilə bağlı açıqlamalarını təkrarlayıb.

Tramp bildirib ki, Qrenlandiya sahillərində Rusiya və Çin gəmiləri var və onların ərazini qorumaq üçün Qrenlandiyaya çox ehtiyacı var.aQrenlandiyaya nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə etmə ehtimalı ilə bağlı Tramp, "Mən bunu edəcəyimi demirəm, amma heç nəyi də istisna etmirəm" deyib.

Tramp qeyd edib ki, Qrenlandiyanın əhalisi azdır və o, bu ölkə xalqını “sevəcək və qayğısına qalacaq”.

Seçilən
0
cebheinfo.az

1Mənbələr