AZ

Türkiyədə məktəbdə partlayış oldu

Türkiyədə məktəblərin birinin yeməkxanasında qaz balonnu partlayıb.

News24.az xəbər verir ki, hadisə Ordunun İkizce bölgəsində baş verib.

Sızan qaz nəticəsində meydana gələn partlayış bir məktəbə böyük ziyan vurub.

Hadisə yerinə gələn polis və yanğınsöndürənlər yeməkxana ərazisində araşdırma aparıb. Məktəbin pəncərələri, qapıları və yeməkxananın böyük bir hissəsi zədələnib.

Həftə sonu tətili ilə əlaqədar məktəbdə şagird olmaması partlayış zamanı baş verə biləcək fəlakətin qarşısını alıb./Medianews.az


Seçilən
0
news24.az

1Mənbələr