2025-ci ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 923,5 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu mənbədən vergi daxilolmaları proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz çox icra edilib.