AZ

Husilər İsrailin hava məkanını blokadaya alır

İsraili hava blokadası təhdid edir.

Editor.az bildirir ki, bu tədbirin mümkün istifadəsini Yəmən husi üsyançılarının yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya açıqlayıb. Onun sözlərinə görə, husilər İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərinə cavab olaraq öz hədələrini həyata keçirmək niyyətindədirlər. Sariya aydınlaşdırıb ki, onlar hava limanlarına kütləvi zərbələr endirməyi planlaşdırırlar və əsas hədəf Ben Qurion hava limanı olacaq.

Qeyd edək ki, bu gün hava limanına raket hücumundan sonra bir sıra aviaşirkətlər İsrailə uçuşları müvəqqəti dayandırıb. Baş nazir Benyamin Netanyahu bəyan edib ki, İsrail Qəzza zolağında müharibəyə son qoymaq niyyətində deyil və davam edən hərbi əməliyyatın miqyasını genişləndirərək HƏMAS radikalları ilə sona qədər mübarizə aparmaq niyyətindədir.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr