Hərbi analitik Vlad Şlepçenko "Tsargrad" telekanalında çıxışı zamanı bu bəyanatın təsadüfi olmadığını vurğulayıb. Onun fikrincə, Rusiya rəhbərliyi bu addımla bir neçə strateji məqsədə nail olub. Əsas mesajlardan biri də 2024-cü ildə hakimiyyət dəyişikliyindən sonra daha ehtiyatlı xarici siyasət yürütməyə başlayan İrana yönəlib.
"Bu, İrana ünvanlanmış bir ismarışdır - tərəddüd etməyin, Rusiya ilə daha cəsarətli əməkdaşlıq edin. Rusiya və Şimali Koreya - bu, Qərbin ən güclü təzyiqlərinə belə tab gətirə biləcək real əməkdaşlıq oxudur", - deyə o bildirib.
Şlepçenkonun sözlərinə görə, Moskva ilə Pxenyan arasında güclənən əməkdaşlıq Rusiyayla yaxınlaşmanın faydalarını nümayiş etdirir. Ekspert əlavə edib ki, Rusiya tərəfindən Şimali Koreyaya edilən rəsmi təşəkkür digər ölkələr üçün çəkindirici amil olmalıdır - artıq Pxenyana qarşı tənqidlər faktiki olaraq Moskvaya qarşı yönəlmiş sayılacaq.
Ekspertin fikrincə, bu bəyanat təkcə İrana deyil, həm də Ukrayna, ABŞ və Cənubi Koreya kimi antirusiya ritorikasında fəal iştirak edən ölkələrə ünvanlanıb.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi KXDR hərbçilərinin hazırlığına dair video yayımlamışdı