AZ

"Ermənistanda müxalifət öz proqramına sülh gündəliyini salarsa, Paşinyana qalib gələ bilər"

"Ermənistan baş naziri N. Paşinyan regionlarda keçirdiyi görüşlərdə "Tarixi Ermənistandan" imtina edərək, "Real Ermənistan" proqramını qeyd edir. Mövcud siyasi vəziyyətin Ermənistanın dövlətçiliyi üçün uğurlu olduğunu diqqətə çatdırır".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, erməni əhalisini reallıqları qəbul etməyi və indiki sərhədlər daxilində dövlətçiliyi möhkəmləndirməyin əsaslarını təbliğ edir:

"Bu proqramla N. Paşinyan seçki qabağı müxalifətin onun üzərinə Qarabağ məsələsində gəlməsini neytrallaşdırır. O, ölkədə müxalifətin Qarabağ məsələsindən istifadə etməsini, real Ermənistan üçün təhlükəli olduğunu bəyan edir. Ermənistanda "Qarabağ hərəkatının" bitdiyini, buna imkan verməyəcəyini bildirib. Bununla Nikol Paşinyan kifayət qədər Robert Koçaryan və Serj Sarkisyan tandeminin üzərinə gedir.

Müxalifət isə, yenidən ənənəvi Qarabağ məsələsinə qayıdıb. Meydanlara Qarabağdan gedən ermeniləri çıxarmaq və onların geri qayıtması məsələsini qabartmaqla N. Paşinyana təzyiq etməyə çalışır. Bu müxalifətin uğursuz və köhnəlmiş metodudur. Məhz keçmiş prezident Serj Sarkisyan Yerevanda tələbələrlə görüşündə vaxtı ilə Şuşanın işğal planın xəritəsini təqdim edib. S. Sarkisyan timsalında keçmiş liderlər hələdə öz "qalibiyyətlərinin" kölgəsində gizlənməklə, Ermənistan siyasi cəmiyyətində qələbə axtarır. Amma, unudurlar ki, erməni əhalisi onları yenidən Baqramyan küçəsində hökumət evinə gətirməyəcək. S. Sarkisyan tələblərlə görüşündə Qarabağ məsələsini gündəmə gətirməklə, revanşist açıqlamalar verib.

Göründüyü kimi, Müxalifət eyni ritorikadadir və seçkiyə Qarabağ məsələsini əllərində şuar tutaraq gedir. Hələdə müxalifət N. Paşinyanı erməni ərazilərini təhvil verməkdən günahlandırırlar. N. Paşinyanda onlara cavab olaraq "hansı əraziləri təhvil verdim" -deyərək sual verir?! Bir növ N. Paşinyan müxalifəti yenidən Azərbaycana qarşı ərazi iddialarını gündəmə gətirməkdə iddiham edərək, onların müharibədə maraqlı olduğunu xalqa çatdırır. Əslində Sarkisyan və Koçaryanın Qarabağ məsələsindən istifadə etməsi N. Paşinyanın maraqlarına cavab verir. Çünki, xalq Qarabağ məsələsini qəbul etmir və yeni müharibəni rədd edir. Bu da müxalifətin seçkidə məğlubiyyəti deməkdir.

Ermənistan müxalifəti Azərbaycanla sülhün əldə edilməsinə olan əngəlli götürməsini N. Paşinyandan tələb etmir. Əslində normal müxalifət N. Paşinyanı sülh müqaviləsini gecikdirmək də iddiham etməlidir. Əgər, Ermənistanda müxalifət sülh gündəliyini öz proqramına salarsa, seçkilərdə qələbə qazana bilərlər. Təbii ki, sülh proqramı şüar deyil, konkret əsaslara söykənməli və Azərbaycanda buna etiraz etməməlidir. Amma, Ermənistan müxalifəti isə, N. Paşinyanı müharibə etməməkdə iddiham edir. Belə olan təqdirdə müxalifətin qələbə əldə etməsi mümkün olmayacaq. Ermənistanda hələki reallıqları qəbul edən N. Paşinyan və onun komandasıdır".

Vasif ƏLİHÜSEYN 

Seçilən
0
redaktor.az

1Mənbələr