AZ

Avropa Rusiyadan qaz idxalını tam dayandıracaq - Tarix açıqlandı

Avropa İttifaqı (Aİ) 2025-ci ilin iyun ayında Rusiyadan qaz idxalını tam qadağan edən qanun layihəsi təklif etməyi planlaşdırır. Qanun layihəsi ən geci 2025-ci ilin sonuna kimi qüvvəyə minəcək.


Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, Avropa hazırda Rusiyadan boru kəmərləri ilə qaz almır.

 

İdxal edilən qaz mayeləşdirilmiş təbii qazdan ibarətdir. Rusiyadan idxal Aİ-nin ümumi qaz alışının təxminən 19 faizini təşkil edir. Müharibədən əvvəl bu göstərici 40 faizdən çox idi.

 

Asılılığı tam azaltmaq üçün Aİ iyun ayında Rusiya ilə yeni sövdələşmələr və mövcud spot müqavilələr çərçivəsində bütün qaz idxalını qadağan etməyi təklif etməyi planlaşdırır. 

 

Çərşənbə axşamı Strasburqda açıqlanacaq planlarda həm boru kəmərləri, həm də LNG şəklində Rusiya qazının idxalına qadağa qoyulması təklifi irəli sürüləcək. Qadağa 2027-ci ilin sonunda qüvvəyə minəcək.

 

Məlumatda deyilir ki, yaxın illərdə qlobal miqyasda buraxılacaq böyük həcmdə LNG-ni nəzərə alaraq, Rusiya qazının idxalını mərhələli şəkildə dayandırmaq planı qiymətlərə və enerji təhlükəsizliyinə məhdud təsir göstərəcək.


Vasif
 

Seçilən
0
1
sfera.az

2Mənbələr