AZ

Azərbaycanda azarkeşlər oyunun bəzəyinə çevrildilər - Şəkillər

style='margin-bottom:10px;'>

Xəbər verdiyimiz kimi, Azərbaycan 2-ci liqasının 24-cü turunun matçında izdiham yaşanıb.

QOL.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Şəfa" lider "Şahdağ Qusar"ı qəbul edib. Çempionluq əhəmiyyətli bu görüşü Bakıdakı “ASK Arena"da minlərlə azarkeşin izləyib. Onların sırasında Qusardan gələnlərin çoxluğu diqqət çəkib.

Oyunun rəsmi protokoluna əsasən, matça stadionda 4 min 500 tamaşaçı baxıb.

Müqayisə üçün qeyd edək ki, Misli Premyer Liqasının bir çox oyununa adətən bundan qat-qat az azarkeş gəlir.

Yeri gəlmişkəm, “Şəfa” - “Şahdağ” matçl 0:0 hesabı ilə yekunlaşıb və mövsümün sonuna 2 tur qalmış bu iki komanda arasında xal fərqi 3 olaraq qalıb.

Hazırda 24 oyundan 68 xalı olan “Şahdağ Qusar” 1-ci, “Şəfa” 65 xalla 2-cidir. Qusar təmsilçisi növbəti turda qalib gəlsə, 2-ci liqada çempion olacaq.

Qeyd edək ki, bu iki komanda 1-ci liqaya vəsiqəni artıq təmin edib.

Oyundan şəkillər təqdim edirik




























































SəhifəninYuxarı

Seçilən
0
3
teleqraf.com

4Mənbələr