AZ

Hindistan qüvvələri Pakistanla sərhəddə döyüş vəziyyətinə gətirildi

Hindistan Hərbi Hava Qüvvələri Pakistanla sərhəddə yüksək hazırlıq vəziyyətinə gətirilib.
Teleqraf xəbər verir ki, bu barədə “Times of India” qəzeti Hindistan Hərbi Hava Qüvvələri komandanlığındakı mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Racastan və Pəncabdakı bazalarda qırıcı eskadrilya ekipajları döyüş missiyaları üçün gözləmə rejimindədir.

Nəşr qeyd edir ki, Hindistan hərbi aerodromlarında aviasiyanın döyüş hazırlığı mayın 5-nə keçən gecə Kəşmirdə bütün nəzarət xətti boyunca Pakistanla bağlı vermiş atışma ilə əlaqədar artırılıb.

Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirdə 25 Hindistan və bir Nepal vətəndaşının ölümünə səbəb olan aktdan sonra pisləşib. Hindistan baş verənlərə görə Pakistanı ittiham etsə də, rəsmi İslamabad bununla razılaşmayıb.

İslamabad baş vermiş olayın beynəlxalq səviyyədə araşdırılmasını təklif etsə də, Dehli bundan yayınır. Pakistan Müdafiə Nazirliyi Hindistanın hansısa təcavüz və avantürasına sərt cavab veriləcəyini bəyan edib.
Seçilən
0
10
sherg.az

10Mənbələr