Amerika Birləşmiş Ştatlarında göyöskürək hallarında narahatedici artım müşahidə olunub. 2025-ci ilin ilk 4 ayında 8485 yoluxma aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə təxminən iki dəfə çoxdur.
"Referans" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünya üzrə 5 yaşdan kiçik uşaqlarda təxminən 24 milyon göyöskürək halı və 160 mindən çox ölüm baş verib.
Qeyd edək ki, göyöskürək kəskin və ciddi infeksion xəstəlikdir. Yeni doğulmuşlar, bir aylığına qədər olan körpələr üçün göyöskürək daha təhlükəlidir.
Daha ətraflı süjetdə: