Boris Pistorius Almaniya Müdafiə Nazirliyinin rəhbəri postunu saxlaya bilər.
“İki sahil” xəbər verir ki, bu barədə N-TV mənbələrə istinadla məlumat yayıb.
"Boris Pistorius müdafiə naziri olaraq qalacaq", - deyə, mənbə nəşr yazıb.
Qeyd edildiyi kimi, Almaniya Sosial Demokrat Partiyası (SPD) Almaniya Federativ Respublikasının yeni hökumətində rəsmi vəzifələr tutacaq nazirlərin siyahısını razılaşdırıb.