"Prezident İlham Əliyev: Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi apardıq. Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim.
Deməli, Prezident İlham Əliyevin Prezident Pezeşkianla da Xəzər fonunda söhbəti təsadüfi deyil. Düzdür, adətən, dostluq, qardaşlıq, qarşılıqlı sadiqlik barədə belə deyirlər: aramızdan su da keçmir. Amma bizim situasiyada aramızdan həm Araz, həm də Xəzər keçib. Lakin gərək bundan sonra təkcə keçməsin. Həm də körpüləşsin. Gərək elə edək ki, yuxumuza qan yox, su girəndə qovuşuq kimi yozaq. Beləliklə, Azərbaycan İran İslam Respublikasının prezidentini qəbul edərkən öz ampluasında, öz ənənəvi mahiyyətində, əxlaqında idi. Biz dəyişməmişdik".
Paralel.az xəbər verir ki, bu sözləri Real TV-nin rəhbəri Mir Şahin Ağayev "Mir Şahinin Vaxtı" proqramında İran-Azərbaycan münasibətlərindən danışarkən bildirib.
"Regiona kənar qüvvələrin buraxılması cəhdlərini, sərhədlərmizə dördgözlə baxan Avropa durbinlərini qəbul etmirik. Naxçıvana tam müstəqil yol istəyirik. Zəngəzur dəhlizi bizə ilk növbədə bundan ötrü lazımdır. Biz Araz dəhlizini də milli maraqlarımız naminə istəyirik. Qısası, biz dəyişməmişik. Onda da belə idi: Dostluq, Qardaşlıq əhdimiz də yerində.
Biz yalnız yaxşılıqları xatırlamağı bacarırıq. Lap indi olduğu kimi. Azərbaycanın uğurlarını sərhəd boyu alqışlayan o taylı qandaşlarımızı... "Ermənilər, gedin, hamuzun dədənizi yandıracaqlar" deyən şirin ləhcələrini xatırlayırıq. Ona görə də bu gün Azərbaycan İrana əməkdaşlıq təklif edəndə səmimidir, dünən bir, bu gün başqa söz demir. Prezidentimizin dilində Araz bu mənanı daşıyırdısa", - o qeyd edib.
Daha ətraflı süjetdə: