AZ

Çində çayda boğulanların sayı 10 nəfərə çatıb - YENİLƏNİB

Çinin cənub-qərbində yerləşən Quiyçjou əyalətində gəzinti gəmilərinin çevrilməsi nəticəsində 10 nəfər həlak olub.

Bu barədə "Xinhua” agentliyi hadisənin nəticələrinin aradan qaldırılması üzrə əməliyyat qərargahına istinadən məlumat yayıb.

Bazar ertəsinə olan vəziyyətə görə, güclü külək nəticəsində qayıqların çevrilməsi səbəbindən suya düşən 84 nəfərin hamısı tapılıb. Onlardan 70 nəfər hələ də xəstəxanalarda müalicə olunur, dörd nəfər xəsarət almayıb.

11:22
Çinin cənub-qərbində yerləşən Quiçjou əyalətində çayda boğulanların sayı doqquz nəfərə çatıb.

Bu barədə "Xinhua” məlumat yayıb.

Bundan başqa, 70-dən çox insan xəsarət alıb.

Bildirilib ki, güclü külək səbəbindən çayda turistlərin olduğu dörd qayıq aşıb.
Seçilən
0
1
7news.az

2Mənbələr