AZ

İlon Mask: Bəzi dövlət məmurlarını süni intellekt əvəz edə bilər

Süni intellekt hazırda dövlət qulluqçularının bəzi tapşırıqlarını yerinə yetirə bilər.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin rəhbəri İlon Mask bu fikri Kaliforniyanın Beverli-Hills şəhərində Milken İnstitutunun Qlobal konfransının qapalı sessiyasında səsləndirib.

“ABŞ hökumətini səmərəsiz adlandıran İlon Maskın fikrincə, hazırda bəzi dövlət qulluqçularının yerinə yetirdiyi funksiyaları süni intellekt öz üzərinə götürməlidir”, - deyə məlumatda bildirilir.

Konfransda, həmçinin Amerikalı sahibkarın “SpaceX” və “Neuralink” kompaniyasının işləri də müzakirə olunub.

Seçilən
0
3
xalqqazeti.az

4Mənbələr