AZ

İmtahana buraxılış vərəqəsi artıq “mygov” üzərindən əldə oluna bilər

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Dövlətİmtahan Mərkəzinin (DİM) birgə əməkdaşlığı ilə vətəndaşlara aid"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov” platformasınainteqrasiya olunub. Bu yenilik sayəsində cari ildə bakalavr vəmagistratura səviyyələri üzrə imtahana qeydiyyatdan keçmiş şəxslərburaxılış vərəqəsini və yaddaş kitabçasını imtahana az müddətqalmış “mygov” vasitəsilə əldə edə biləcəklər.

Bu barədə Trend-ə İRİA-dan məlumat verilib.

Bildirilib ki, istifadəçilər "mygov" platformasında "Təhsilməlumatlarım" bölməsindən imtahana buraxılış vərəqəsini elektronformada yükləyə bilərlər.

İmtahana buraxılış vərəqəsinin "mygov"a inteqrasiyası Dövlətİmtahan Mərkəzi tərəfindən Təhsil sahəsinin Rəqəmsallaşması üzrəYol Xəritəsi çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, “mygov” platformasının əsas məqsədi vətəndaşlaramüxtəlif portallara keçid etmədən zəruri dövlət xidmətlərinə, sənədvə məlumatlara vahid rəqəmsal məkanda rahat və operativ çıxışimkanı yaratmaqdır.

Seçilən
0
5
az.trend.az

6Mənbələr