Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turnirinə start veriləcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, üç gün davam edəcək yarışda ölkəmizi yunan-Roma güləşi üzrə U-20 millisi təmsil edəcək.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 25 güləşçi ənənəvi turnirdə mübarizə aparacaq. Heyətdə Elvin İbadov, Turan Daşdəmirov, Xalid Ələsgərov (hamısı 55 kiloqram), Ayxan Cavadov, Vədat Qasımlı, Səid Xəlilov, Əmrah Əmrahov (hamısı 60 kiloqram), Tural Əhmədov, Məhəmməd Qasımzadə (hər ikisi 63 kiloqram), Roman Kərimov, Elşən İslam (hər ikisi 67 kiloqram), Fəraim Mustafayev, Seymur Qasımov, Kamran Rəcəbli, Əli Məlikov (hamısı 72 kiloqram), Davud Məmmədov, Cavad Məmmədov (hər ikisi 77 kiloqram), Cavidan Nəhmətov, Elmin Əliyev, Elvin Osmanlı (hamısı 82 kiloqram), Orxan Hacıyev, Abdullah Həsənov (hər ikisi 87 kiloqram), İsmayıl Rzayev (97 kiloqram), Məzaim Mərdanov və Museyi-Kazım Hüseyn (hər ikisi 130 kiloqram) yer alıb.
Yarışda II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyevlə Kamran Baxışov ədaləti qoruyacaq.