Mayın 5-də BMT Təhlükəsizlik Şurasının qapalı iclasında Hindistan və Pakistan arasında gərginlik qapalı məsləhətləşmələr formatında müzakirə olunacaq.
Editor.az bildirir ki, bu barədə Pakistanın diplomatik nümayəndəliyi məlumat verib. Məsləhətləşmələrdən sonra Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd jurnalistlərə açıqlama verəcək. Bundan əvvəl Pakistanın xarici işlər naziri Asim İftixar Əhmədə BMT Təhlükəsizlik Şurasının çağırılması üçün səy göstərməyi tapşırmışdı.
Ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, “Hindistanın təcavüzkar hərəkətləri Cənubi Asiyada və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyi təhdid edir”.
Pakistan və Hindistan arasında gərginlik hər iki ölkənin öz ərazisi hesab etdiyi Kəşmir bölgəsində törədilən terror aktından sonra daha da pisləşib. Yeni Dehli İslamabadı terrorçuları dəstəkləməkdə ittiham edir. Pakistan ittihamları rədd edir. Ölkələr arasında sərhəddə bir neçə atışma olub.
//Samir Qurbanov, Editor.az