CHP sədri Özgür Özəl dünyasını dəyişən deputat Sırrı Süreyya Öndərin ona bunu ictimaiyyətə “Öləcəyim gün açıqlayarsan” sirrinin nə olduğunu açıqlayıb.
Azreform.info xəbər verir ki, bu barədə məlumat verən Özəl bu sirrin nədən ibarət olduğunu açıqlayıb.
“Sırrı Süreyyanın əmanəti var. Bir gün yanıma gəldi və "Bu son filmə baxmısan? “Bir Cümhuriyyət şarkısı” filminə. Mənim xatirimə bax", dedi. Əkrəm bəylə və o vaxt yenicə həbs edilən Ahmetin Özerin ailəsi ilə birlikdə kinoteatrda filmi izlədik. Dedi ki, “Bu sirr mən ölənə qədər sizə əmanətdir, sonra deyə bilərsiniz. Bu filmin ssenarisini mən yazdım”, - Sırrı Süreyya Öndər Özgür Özelə deyib.
2024-cü il istehsalı olan "Bir Cümhuriyyət şarkısı" ilk türk operası Özsoyun bəstələnmə prosesi və 1930-cu illərdə Türkiyənin sənət siyasəti haqqındadır. Film prezident Mustafa Kamal Atatürkün istəyi ilə, xüsusən də İran şahı Rza Pəhləvinin 1934-cü ildə Türkiyəyə səfəri üçün Əhməd Adnan Sayqunun cəmi 27 gündə bəstələdiyi Özsoy operasının hekayəsindən bəhs edir.
Mürtəza
Azreform.info