AZ

Son dörd ayda 31 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin edilib

Bakı, 5 may, AZƏRTAC

Bu ilin yanvar-aprel ayları ərzində 31 min 100 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin edilərək Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ödəniş olunub.

Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müavinət ödənişləri 14 min 502 qız, 16 min 598 oğlan uşağına görə aparılıb.

 

Seçilən
0
2
azertag.az

4Mənbələr