AZ

Vüsal qol vurdu, məhsuldar ötürmə etdi

Türkiyənin 1-ci liqasında 37-ci turun görüşləri davam edir.

"Football-plus.az" xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" öz meydanında autsayder "Yeni Malatyaspor"la qarşılaşıb və 10:1 hesabı ilə qalib gəlib. Hesabın bu cür olmasında qonaqların 52-ci dəqiqədə 10 nəfərlə qalması da rol oynayıb.

Start heyətində yer alan həmyerlimiz sona qədər oynayıb. Komandasının 7-ci qolunu vuran Vüsal 2-ci qolda məhsuldar ötürmə müəllifi də olub.

Qeyd edək ki, "Boluspor" bu nəticədən sonra 58 xalla 8-ci pillədə qərarlaşıb.

Seçilən
0
1
football-plus.az

2Mənbələr