AZ

Tramp və Putin mayda görüşə bilər

ABŞ Prezidenti Donald Tramp mayın ortalarındaSəudiyyə Ərəbistanına səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə potensial görüş barədə düşünəcəyini bildirib.

Sitat.info TASS Agentliyinə istinadən xəbər verir ki, jurnalistlər ABŞ liderindən planlaşdırılan səfəri zamanı rusiyalı həmkarı ilə görüşmək niyyətində olub-olmadığını soruşublar. "Bilmirəm, biz bu barədə düşünməliyik", - Tramp bildirib. Həmçinin , "Tezliklə Səudiyyə Ərəbistanına yola düşəcəyik",- ABŞ lideri əlavə edib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus Ukrayna böhranının həlli məsələsində Rusiya və ABŞ liderləri arasında ünsiyyətin zəruri olduğunu bildirib. Putin və Tramp martın 18-də telefon danışığı aparıblar, onlar Ukrayna münaqişəsində 30 günlük atəşkəs, eskalasiyanın qarşısının alınması şərtləri və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər.

Rusiya lideri Trampın Ukraynadakı münaqişə tərəflərinin enerji infrastrukturu obyektlərinə hücumlardan qarşılıqlı şəkildə çəkinməsi təklifi ilə razılaşıb. Tramp daha əvvəl etiraf etmişdi ki, o, mayın 13-dən 16-a kimi Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək Yaxın Şərqə səfərindən sonra Rusiya lideri ilə görüş keçirə bilər.

Seçilən
0
1
sitat.info

2Mənbələr