Birinci siniflərə elektron qəbul prosesində məktəb və müəllim seçiminin vaxtı açıqlanıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.Bildirilib ki, 2025–2026-cı tədris ili üzrə birinci sinfə şagirdlərin elektron qeydiyyatı prosesi çərçivəsində https://məktəbəqəbul.edu.az portalında texniki sabitliyin və fasiləsizliyin təmin olunması məqsədilə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinin vaxtı dəyişdirilmişdi.Belə ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-sı saat 15:00-da aktivləşəcək.Məlumatda qeyd edilib ki, rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə isə mayın 6-da saat 11:00-da start veriləcək.Agentlik valideynlərdən və qanuni nümayəndələrdən portalda aparılan yenilikləri diqqətlə izləmələri və göstərilən tarixlərə uyğun şəkildə qeydiyyat prosesində iştirak etmələrini xahiş edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta