AZ

Son 11 mövsümün rekordu – Premyer Liqada

Azərbaycan Premyer Liqasının 33-cü turunda 3 heç-heçə qeydə alınıb.

Msport.az xəbər verir ki, “Şamaxı” – “Səbail” və “Araz-Naxçıvan” – “Sabah” oyunları 1:1, “Neftçi” – “Kəpəz” görüşü 2:2 hesabı ilə başa çatıb.

Bununla da mövsüm ərzində qeydə alınan heç-heçələrin sayı 49-a çatıb. Bu, son 11 mövsümün rekordudur. Bərabərlik sayında 47 sülhün yaşandığı 2015-16 mövsümündəki göstərici üstələnib.

Daha çox heç-heçəyə sonuncu dəfə 2013/14 mövsümündə təsadüf olunub. Həmin vaxt 50 görüşdə qalib müəyyənləşməyib.

Seçilən
0
18
msport.az

10Mənbələr