Demokrat.az xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları, eləcə də müxtəlif ölkələrin milli tətbiqi-dekorativ sənət nümunələrinin sərgiləndiyi pavilyonlarla tanış olublar.
Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin xalçaların hazırlanma prosesinə baxış keçiriblər. Məlumat verilib ki, bu proses yunların çeşidlənməsi, təmizlənməsi, təbii boyalarla rənglənməsi, sapların hazırlanması, naxışların yaradılması və toxunmasından ibarətdir.