AZ

Vitse-spiker Sloveniyaya gedir

Vitse-spiker

Milli Məclis sədrinin müavini Rafael Hüseynov İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün mayın 6-da Sloveniya Respublikasının Lyublyana şəhərinə səfər edəcək.

Milli Məclisdən Reyting.az-a daxil olan məlumata görə, səfər çərçivəsində vitse-spikerin Sloveniyanın Nova Qoritsa şəhərində təşkil olunacaq Mehdi Hüseynzadənin xatirəsinə, İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı döyüşçülərə və faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının töhfəsinə həsr olunmuş sərgidə iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, səfər mayın 8-də başa çatacaq.

ELÇİN
Seçilən
0
2
reyting.az

3Mənbələr