Bakı, 5 may,A ZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 3-də və 4-də ümumi çəkisi 5,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Dövriyyədən çıxarılan narkotik vasitələr – 1,1 kiloqrama yaxın heroin və 4,5 kiloqrama yaxın marixuana, həmçinin 30 ədəd psixotrop tərkibli həb və 10 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.