AZ

Elşad Miri namazı hansı dildə qılır? – “Tək namaz qılanda planşeti qarşımda qoyub, “Qurani-Kərim”in digər ayələrini də oxuyuram”

İlahiyyatçı Elşad Miri hansı dildə namaz qılması barədə suala cavab verib.

 

E.Miri Pravda.az-a açıqlamasında deyib ki, ərəb dilində namaz qılır.

 

“10 yaşımdan ərəb dilində namaz qılıram. Çünki mənasını bilirəm, oxuduğumu dərk edirəm, nə dediyimi bilirəm. Hər zaman əzbərlədiyim eyni ayələri təkrarlamıram. Bəzən tək namaz qılanda planşeti qarşımda qoyub, “Qurani-Kərim”in digər ayələrini də oxuyuram. Bunu özüm üçün bir təlim olaraq görürəm. Ərəb dilində düzgün tələffüz etmədiyimi iddia edirlər. Bəs namaza yeni başlayan adam ərəb dilində necə düzgün tələffüz edib namaz qıla bilər? Necə düzgün tələffüz etməlidir ki, onun qıldığı namaz doğru olsun, Allah yanında qəbul edilsin? Namazın ana dilində qılınması barədə əsrlər əvvəl yazılıb. 747-ci ildə dünyasını dəyişmiş Həbib əl-Əcəmi adlı məşhur şəxs namazlarını həmişə fars dilində qılıb, özü fars olub. Peyğəmbərə ən yaxın dövrdə yaşayan bir şəxsdən danışıram. Allahın yerinə niyə qərar verməyə çalışırsınız? Allah ərəb dilindən başqa dil bilmir? Başqa dillərdə namaz qılanları qəbul etməyəcəyini sizə deyib? İstər əliaçıq, istər əlibağlı qılın, yetər ki, namazlarınızı qılın. İstər Azərbaycan, istər rus, ingilis, fransız, istərsə də ərəb dilində olsun, bildiyiniz dildə, başa düşərək qılın. Çünki namaz Allahla, həqiqətən, gözəl bir əlaqədir”, - o bildirib.

Tarix: 5 May 2025, 11:02   
Seçilən
0
2
pravda.az

4Mənbələr