Bakıda atasını bıçaqlayan şəxs cinayət məsuliyyətindən azad edilib.
Modern.az-ın məlumatına görə, hadisə ötən ilin sentyabrın 3-də Suraxanı rayonunda baş verib.
1986-cı il təvəllüdlü şəxs bədəninə döymə (tatu) vurdurub, daha sonra sildirib. O, evə gələndə atası bunu görüb və mübahisə edib. Mübahisə nəticəsində təqsirləndirilən şəxs mətbəx bıçağı ilə atasının ürəyindən zərbə endirib.
Məhkəmə hadisənin anlaqsız vəziyyətdə törədildiyinə qərar verib və təqsirləndirilən şəxsin ümumi tipli psixiatriya stasionarına yerləşdirilməsi hazırda saxlandığı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib
"Cebheinfo.az"