ABŞ Dövlət Departamenti 370.9 milyon dollar dəyərindəki AIM-9X “Sidewinder” Block II raketlərinin Norveçə satışını təsdiq edib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə 300 ədəd “hava-hava” tipli AIM-9X “Sidewinder” Block II raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifarişin əsas podratçısı rolunda ABŞ-ın “RTX Corporation” şirkəti çıxış edəcək.