AZ

Diktatorun qızı siyasi debüt edir

Diktatorun
Oğulcahan Atabayeva

Türkmənistanın qüdrətli lideri onu evinə, Aşqabada çağırıb siyasi səhnəyə çıxarana qədər o, Londonda nisbi kölgədə rahat həyat yaşayırdı. Bu, demək olar ki, 5 ay əvvələ qədər idi. İndi Oğulcahan Atabayeva daim dövlət nəzarətində olan mətbuat səhifələrində qardaşı, nominal prezident Sərdar Berdıməhəmmədov və ölkənin ali lideri Qurbanqulu Berdıməhəmmədovla birlikdə diqqət mərkəzindədir.

Reyting.az
xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.

Təhlildə qeyd olunur:

Atabayeva Qurbanqulu Berdəməhəmmədov Fondunun tibbi fəaliyyət üzrə vitse-prezidenti kimi diqqətəlayiq titul sahibi olmaqla böyük ictimai rol oynayır. O, açıq şəkildə Türkmənistanı özəl korporasiya kimi idarə edən ailə biznesində əsas vəzifəyə hazırlanır. Amma sonda hansı vəzifəni tutacağını bəlkə də yalnız atası bilir.

Aprelin 24-də ingilis dilində “Al-Arabia” televiziya kanalında yayımlanan müsahibədə o, Türkmənistanın qlobal axına çıxışını asanlaşdırmağa kömək edərək, xarici dünyaya ailə emissarı kimi xidmət edəcəyinə dair ipucu verib. Atabayeva Türkmənistanla bağlı ictimai səhiyyə məsələlərinə qlobal perspektiv təklif edərkən özünü türkmən gəncləri və qadınlarının sözçüsü kimi təqdim edib.

Yeri gəlmişkən, o, ingiliscə Sərdardan daha mükəmməl danışır.

Öz müsahibəsində Atabayeva bildirib: "Ana və uşaq hüquqlarının qorunması və gənc nəslə qayğıkeşlik Türkmənistanın prioritetləri ilə üst-üstə düşür. Bu prioritetlər təkcə milli siyasətin mərkəzi hissəsi deyil, həm də eyniyyətin əsas sütunlarıdır. Biz onu da başa düşürük ki, bugünkü şəraitdə bu məqsədə nail olmaq geniş beynəlxalq əməkdaşlıq, BMT-nin ixtisaslaşmış strukturları, digər beynəlxalq institutlar, eləcə də ikitərəfli və regional səviyyədə sıx əməkdaşlıqla müşayiət olunmalıdır”.

1990-cı illərin əvvəllərində müstəqillik əldə etdikdən sonra Türkmənistan öz amansızlığına görə Şimali Koreyadan sonra sayca ikinci olan totalitar siyasi sistem qurarkən kənar təsirləri güclü şəkildə dəf edib. Lakin son aylarda Türkmənistan rəhbərliyi beynəlxalq ticarət əlaqələrini gücləndirmək, o cümlədən əcnəbilərin ölkəyə səfərini asanlaşdırmaq üçün ilkin addımlar atıb.

Görünür, Atabayeva türkmən diktaturasının daha yumşaq tərəfinin nümayəndəsi kimi nümayişə çıxarılır, ona ölkənin iqtisadi açılışı ilə bağlı sosial, təhsil və ictimai səhiyyə problemlərinin həllinə kömək edə biləcək xarici əlaqələr qurmaq tapşırığı verilir.

Xanım Atabayevanın müsahibəsinə şərhlərdən aydın olub ki, Türkmənistan BMT-nin UNICEF və Ərzaq Fondu kimi qurumları, eləcə də beynəlxalq inkişaf təşkilatları ilə əlaqələri gücləndirmək istəyir.

"Tərəfdaşlarımızın coğrafiyası genişlənir, - deyə o vurğulayıb, amma təfərrüatları açıqlamayıb. - Bunun bariz nümunəsi son vaxtlar Avropa, Yaxın Şərq və Asiyada humanitar xeyriyyə fondları ilə əməkdaşlığın qurulmasıdır. Biz, həmçinin, dünyanın digər regionları ilə əlaqələr qurmağa və gücləndirməyə çalışırıq".

Y. QACAR
Seçilən
0
reyting.az

1Mənbələr