“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiyinin dəstəyi ilə “Təhsilalanların davranışlarında sosial-ictimai məsuliyyətin artırılması” adlı layihəsinə start verir.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin məqsədi müasir uşaqların davranışlarında mədəni səviyyə və ictimai məsuliyyəti artırmaq, ailə nümayəndələrini kulturoloji biliklərlə maarifləndirmək, cəmiyyət üçün yüksək mədəniyyətli, sağlam milli ruhda sosiallaşan, vətəndaş-şəxsiyyət yetişdirlməsinə töhvə verməkdir.
Layihə çərçivəsində Bakıda 3 icmada və 10 rayonda - Şabran, Qusar, Qax, Zaqatala, Agsu, İsmayıllı, Gəncə, Gədəbəy, Neftçala, Yardımlıda ailə nümayəndələri üçün kulturoloji lektoriyaların təşkil edilməsi nəzərdə tutulur.