AZ

Arda seçimini etdi -

“Eyüpspor”la uğurlar əldə edən Arda Turan məşqçilik karyerasını Ukraynada davam etdirə bilər. Metbuat.az xəbər verir ki, Arda “Eyüpspor”dan ayrılmaq istəyir. Türkiyənin idman jurnalisti Yağız Sabuncuoğlunun xəbərinə görə, Arda Turan və Ukraynanın "Şaxtyor Donetsk" komandasının rəsmiləri Londonda görüşüb. Məlumata görə, danışıqlar məhsuldar keçib və Arda "Şaxtyor Donetsk"ə keçməyə etiraz etməyib. İddialara görə, tərəflər razılıq əldə etməyə yaxındır.

Qeyd edək ki, “Eyüpspor” Arda Turanla 80 matçda 44 qalibiyyət, 22 məğlubiyyət və 14 heç-heçə əldə edib. “Eyüpspor” Ardanın rəhbərliyi altında 2-ci liqada çempionluq əldə edərək, 1-ci liqaya yüksəlib. Bundan əvvəl Arda Turanın adı İtaliya klubu ilə hallanmışdı.

Seçilən
0
metbuat.az

1Mənbələr