Sağlam həyat tərzinə marağın artdığı bir dövrdə mixəyin insan orqanizminə göstərdiyi müsbət təsirlər geniş ictimaiyyətin diqqətindədir.
Bizim.Media xəbər verir ki, tropik iqlimdə yetişən və əsasən İndoneziyadan qaynaqlanan bu bitki yalnız mətbəxlərdə deyil, təbii müalicə vasitəsi kimi də gündəmdədir.
Bu bitki, antiinflamatuar, antimikrobiyal və antioksidant xüsusiyyətləri ilə seçilir. Tərkibindəki əsas fəal maddə olan öjenol (eugenol), diş ağrılarının yüngülləşdirilməsi, ağız qoxusunun aradan qaldırılması və immun sisteminin möhkəmləndirilməsi kimi faydalı təsirlərə malikdir.
Sağlamlığa təsirləri
Aparılan elmi tədqiqatlar göstərir ki, mixək bədəni infeksiyalara qarşı gücləndirir, qan şəkərini tənzimləməyə kömək edir və qaraciyər funksiyalarını dəstəkləyir. Zəngin antioksidant tərkibi sayəsində ürək-damar xəstəlikləri, şəkərli diabet və bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərə bilər. Bundan əlavə, həzm sistemində yaranan problemlərin qarşısını almaqda və mədə xoralarının sağalmasında da əhəmiyyətli rol oynayır.
Mixəyin gündəlik istifadə sahələri
Ənənəvi Hindistan təbabəti olan ayurveda sistemində uzun illərdir istifadə olunan mixək, bu gün:
Çay və süd qarışıqlarında,
Şirniyyat və bişmiş məhsullarda,
Parfüm və kosmetik məhsullarda aromatik qatqı kimi,
Diş ağrısı üçün təbii analjezik,
Antiseptik vasitə kimi geniş istifadə olunur.
Saç və dəri üzərində təsiri
Beta-karoten və A vitamini ilə zəngin olan mixək baş dərisində qan dövranını gücləndirərək saç tökülməsi və kəpək kimi problemlərin qarşısını ala bilər. Bununla yanaşı, sızanaq və dəri iltihablarının azalmasına da müsbət təsir göstərə bilər.
Kimlər diqqətli olmalıdır?
Mütəxəssislər xəbərdarlıq edirlər ki, mixəyin həddindən artıq istifadəsi bəzi hallarda mədə narahatlıqları, başgicəllənmə və yuxusuzluq kimi yan təsirlərə səbəb ola bilər. Xüsusilə qan durulaşdırıcı dərmanlar qəbul edən şəxslər və hamilə qadınlar istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Mixək suyu necə hazırlanır?
1 çay qaşığı mixək, 1 stəkan qaynar suya əlavə olunaraq 5-10 dəqiqə dəmlənir. Daha sonra süzülüb içilə bilər. Bu qarışım həm ağız qoxusunu aradan qaldırır, həm də həzm sistemini dəstəkləyir.
Qeyd: Daimi və ölçülü şəkildə istifadə edildikdə, mixək sağlamlıq üçün təsirli və təbii bir dəstək vasitəsi ola bilər. Həyat keyfiyyətini təbii yollarla artırmaq istəyənlər üçün mixək, həm əlçatan, həm də faydalı bir seçim olaraq qalır. (pravda.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta