AZ

Ançelotti: “La Liqanın taleyi “Barselona”nın əlindədir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasında cari mövsüm çempionluğunun taleyinin “Barselona”nın əlində olduğunu vurğulayıb.

Arena.az məlumat verir ki, “Real” mayın 11-də La Liqanın 35-ci turu çərçivəsində səfərdə “Barselona” ilə qarşılaşacaq.

“Əgər biz hətta qalib gəlsək belə, rəqibdən bir xal geri qalacağıq. Çempionluğun taleyi “Barselona”nın əlindədir, amma biz qalib gəlsək, daha çox imkana malik olacağıq. Bu, əla fürsət olacaq. Biz yaxşı hazırlaşacağıq. Mən bu oyunun həlledici olacağını demirəm, amma bu, elə, müvafiq məqama yaxın olacaq”, – “Real”ın mətuat xidməti Ançelottidən sitat gətiri.

34 turdan sonra “Barsleona” 79 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. “Real” isə 75 xalla 2-ci pillədən “blauqrana”nı təqib edir.

Seçilən
0
arena.az

1Mənbələr