AZ

Belarusun Baş naziri Bakıya yola düşüb


Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə yollanıb. Bu barədə BELTA məlumat yayıb. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün, həmçinin Baş nazir Əli Əsədovla təkbətək və geniş tərkibdə danışıqların keçirilməsinin planlaşdırıldığı gözlənilir.
Belarusun Baş naziri həmçinin Belarus-Azərbaycan biznes forumunda iştirak edəcək. Burada bir sıra müqavilələrin imzalanması planlaşdırılır.

Mətləb

Seçilən
0
5
baki-xeber.com

7Mənbələr