AZ

Trampa Putini anlamaq üçün daha iki həftə lazımdır

Tramp Rusiya prezidenti Vladimir Putinin onu “yola verib vermədiyini” anlamaq üçün vaxta ehtiyacı olduğunu bildirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp NBC News telekanalına müsahibəsində yenə iki həftə zamana ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, aprelin sonunda jurnalistlərlə söhbəti zamanı Tramp Putinə güvənib-güvənmədiyinə müəyyənləşdirmək üçün iki həftə vaxt lazım olduğunu deyib.

Bir aydan sonra NBC telekanalına müsahibəsində Trampın Putini anlamaq üçün yenidən ona bir neçə həftə zamanın gərəkdiyini vurğulayıb.

“Xeyr. Bu barədə sizə bir ay və ya bir neçə həftə sonra danışacam. Heç bir fikrim yoxdur. Amma bir şeyi deyə bilərəm. Putin indi prosesə mənim rəhbərlik etdiyimi anlayandan sonra özünün ambisiyalarını böyük ölçüdə cilovlayıb”, deyə Tramp qeyd edib.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr