ABŞ prezidenti Donald Tramp bazar günü Rusiya və Ukrayna ilə bağlı həftə sonu "çox yaxşı danışıqlar apardığını" bildirib.
Herbiand.az xəbər verir ki, Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandıran Tramp danışıqların detallarını açıqlamayıb və bildirib:
"Biz həqiqətən son bir neçə gündə Rusiya və Ukrayna ilə çox yaxşı danışıqlar apardıq. Mən sizə deyim ki, iki tərəf arasında, hətta generalları arasında çox böyük qarşılıqlı nifrət var.Amma son bir neçə gündə çox yaxşı danışıqlarımız olub".