Azərbaycan Premyer Liqasının 33-cü turu “Qarabağ”ın futbolçusu Amin Rzayev üçün əlamətdar olub.
Msport.az xəbər verir ki, gənc müdafiəçi ölkə çempionatında mövsümün rekordunu qırıb.
Rzayev 33-cü turda “Sumqayıt”la oyunda buna nail olub. Matçın son dəqiqələrində meydana daxil olan Rzayev 15 yaş 204 günlüyündə debüt edib. 2009-cu il oktyabrın 12-də anadan olan sol cinah oyunçusu bununla mövsümün rekordunu yeniləyib.
Qeyd edək ki, “Qarabağ” evdə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.